• Azeri
  • Russian
  • English (UK)
  • İpək yolu xəritəsi

    İpək Yolunun təşkilatçısı Çin dövlətidir. Bu yol e.ə. II əsrdən başlayaraq XVI əsrə kimi fəaliiyət göstərmişdir. Şərqdən qərbə təkcə ipək deyil eyni zamanda kənd təsərrüfatı malları, sənaye, yeyinti məhsulları da daşınırdı. Bu ipək yolu vasitəsilə o dövrki, dövlət başcılarının  diplomatik əlaqələri yaranmış və inkişaf  etmişdir.  

          Qədim İpək yolu 34-dən çox dövlətin ərazisindən kecərək onları birləşdirirdi. Bu yol Çindən başlayaraq (kohnə Xuan, Lançao), Monqolustanın (Hami, Anxi, Ruca), Əfqanistanın (Kojgar), Özbəkistanın(Daşkənd, Səmərqənd, Buxara), Türkmənistanın (Aşqabad), İranın (Tehran), Azərbaycanın (Təbriz), Türkiyənin (Ankara, Çanaqqala)  şəhərlərindən keçib qərbə doğru uzanırdı. Şərqlə Qərb arasında  tiçarət yolları ayrıcında yerləşmiş Azərbaycandan İrana, Orta Asiyaya, Hindistana, Çinə uzanan karvan yolu Azərbaycanın iqtisadi və mədəni inkişafında əhəmiyyətli rol oynamışdır. Tarixi mənbələrdə Böyük İpək yolunun bir qolu Ekbatandan ayrılıb Albaniya  ərazisinə keçdiyi, Qəbələ, Bərdə və Naxçıvan torpaqlarını dolanaraq yenidən  Bağdada -əsas yola qoşulduğu göstərilir. Buna görə də tacirlər tərəfindən bu yolla Azərbaycanın kənd təsərrüfatı malları, ipəyi, ətriyyatı, ədviyyat məhsulları, Azərbaycan ustaları tərəfindən düzəldilmiş zərgərlik, saxsı, mis, tunc məmulatları, daş, taxta üzərində oyulmuş sənət əsərləri və müxtəlif növlü toxuculuq nümunələri dünya ölkələrinə aparılırdı. Öz növbəsində də  həmin ölkələrdən buraya müxtəlif əmtəələr gətirilirdi. Bu baxımdan tacirlərin və səyyahların rahatlığını təmin etmək üçün karvansaralar salınırdı ( Bakı, Dərbənd, Şamaxı, Şirvan bölgələri).V əsrdə Bərdə şəhəri Azərbaycanın paytaxtı olaraq İpək Yolunun üzərində böyük ticarət mərkəzinə cevrilmişdir. X əsrə gədər Transqafqaz regionunda və Yaxın Şərqdə sənətkarlıq mərkəzi sayılırdı.İpək Yolu  Dərbənddə, Şirvanda, Şəkidə, Beyləqanda, Gəncədə, Qəbələdə, Təbrizdə, Naxçıvanda  ipəkçiliyin inkişafına güclü təkan vermiş və məşhurlaşmasına səbəb olmuşdur.Böyük İpək yolu və çöllərinin keçdiyi  Azərbaycan şəhərləri arasında Naxçıvan, Ordubad, Azad, Culfa və Qarabağlar şəhərinin özünə məxsus yeri vardır..

            Yaxın Şərqin orta əsr şəhərində olduğu kimi, bu şəhərlərdə də sənətkarlıq və ticarət başqa təsərrüfat sahələri ilə inkişaf edirdi. Naxçıvanda istehsal olunan kənd təsərrüfatı məhsulları və sənətkarları tərəfindən hazırlanan müxtəlif növ əşyaların müəyyən qismi şəhər əhalisinin istehsalına sərf olunurdusa, bir hissəsidə bazara çıxarılırdı. Naxçıvandan ölkənin digər şəhərlərinə və başqa yerlərə duz, pambıq, taxıl quru, meyvə və s. aparılırdı. Hazırlanmış müxtəlif məmulatlar, zərif parçalar, zinyət əşyaları ağacdan hazırlanmış incə naxışlı qablar, saxsı əşyalar xarıcı bazara çıxarılırdı.

            Böyük İpək yolunun  düyün nöqtəsində yerləşən Azərbaycan ərazisi hər zaman diqqət mərkəzində olmuş və dünyanın bir çox ölkələri, o, cümlədən uzaq qərb dövlətləri ilə geniş əlaqələr qurmuşlar. Bu ticarət yolu ilə avropalıların ən çox alıb apardığı Azərbaycan və İran ipəyi idi. Avropaya aparılan yüksək keyfiyyətli xam ipəyin əsas alıçıları isə İtaliya tacirləri, xüsusilə venesiyalılar idi. Qərbi Avropanın bütün saraylarının ipək parca ilə təmin edilməsində karvan yolları ilə Azərbaycandan və Şərq ölkələrindən gətirilən xam ipək başlıca rol oynayırdı. Məhz bu yolla  N. Gəncəvinin, Məhəmməd Füzulinin, məşhur loğman İbn Sinanın, özbək şairi Əlişir Nəvainin, Biruninin və başqa dahilərin əsərləri dunya işığına cıxarılmış və insan zəkasının mənəvi qidasına cevrilmişdir. Lakin 1492-ci ildə Amerika qitəsinin kəşfindən sonra bu yolun əhəmiyyəti xeyli azalmışdır. Bu da Çin və ona yaxın ərazilərdən gətirilən malların Amerikada olması ilə əlaqədardır. XV əsrin sonunda Hindistana və Amerikaya dəniz yolunun kəşfi ilə öz əhəmiyyətini itirməyə başlayan Böyük İpək Yolu XVI əsrdə tamamilə süquta  uğramışdır. 2000-ci il ərzində Qərblə Şərqi birləşdirən Böyük İpək Yolu öz tarixi əhəmiyyətini yenidən bərpa etməklə 1000 il bundan əvvəl olduğu kimi müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında körpü yaratmaq imkanına malikdir.

        Qoy bu yolla məsləhətli, əqidəli, mömin insanlar Məkkə, Mədinə, Kərbəla ziyarətinə getsinlər.  Məşhəddə İmam Rzanı ziyarət etsinlər.Heç bir zaman  İpək yolu  ilə günahsız insanları məhv edən, körpələri sahibsiz qoyan, bəşəriyyətin əsirlərdən bəri qoruyub saxladığı əvəzsiz mənəvi dəyərləri yerlə yeksan edən odlu silahlar, mərmilər, toplar, tanklar daşınmasın. Qoy bu yolla hərəkət edən dünyanın min bir gözəlliyinin əleyhinə olan insanlar özləridə gözəlləşsinlər, ülviləşsinlər, ipək kimi həlim olsunlar.

    Bizə sualınız
    1. Adınız, soyadınız*
      Please type your full name.
    2. E-mail*
      Invalid email address.
    3. Sualınız
      Invalid Input
    Operator xətti