• Azeri
  • Russian
  • English (UK)
  • Kəndlinin daxması 1-ci otaq

    Eskpozisiyanın növbəti zalında XVIII-XIX əsrləri əks etdirən daxma tərtib edilmişdir. Daxmanın qapısı həmin dövrün bütün evləri üçün xarakterik idi. Qapının üzərində böyük və kiçik taqqılbab vardır. Böyük taqqilbab kişilər, kiçik taqqılbab (zəndulbab) isə qadınlar üçün nəzərdə tutulmuşdur.  Taqqılbabın səsinə görə evə gələn qonağın qadın  və ya kişi olduğu təhmin edilirdi.  Beləliklə, qonağı qarşılamağa ev sahibi və yaxud xanımı çıxardı. Daxmanın divarı gildən və qamışdan hazırlanmış, üstü qamışla örtülürdü. Döşəməsinə qamışdan hazırlanmış həsirlər sərilirdi. Daxmanın girəcəyində əl-üz yumaq üçün aftafa-ləyən qoyulurdu. Ağac dirəklərdən gündəlik istifadə etmək üçün nəzərdə tutulan tütün kisələri, daraq qabı, möhür qabı,  pul kisələri asılardı. Divarı bəzəmək üçün xalça-palazdan istifadə edilirdi. Qubanın Ağgül xalçası çox qədim bir xalçadır. Milli ornament naxışlarla işlənmişdir. Asılmış xəncərin ən qədim nümunələri heyvan buynuzu, çaxmaq daşından, sonralar isə mis, tunc, dəmir və poladdan düzəldilirdi. Bəzi şərq, xüsusən Qafqaz xalqlarında ənənəvi geyim kompleksini tamamlayan yaraq sayılırdı. qında gəzdirilirdi. Həfif bəzədilmiş xəncərləri otağı bəzəmək üçün divardan asardılar.  Qədim  canamaz  nümunəsidir,  üzərində  möhür qabı asılıb. Kəndlinin oturub istirahət etdiyini və evin xanımının xəmirdən kündə tutub yuxa yaydığını görürük. Kündənin kəsilməsi üçün dəmir ərşindən istifadə edilir. Xəmirin kündələnməsi dördayağın üzərində aparılır. Ağacdan hazırlanan oxlov kündəni dördayağın üzərində yayıb formaya salmaq üçün işlədilir. Ələk unun ələnməsində işlədilən əsas alətdir. Kirkirədən yarma çəkmək, dən üyütmək və qisməndə daş duzu əzib narın hala salmaq üçün istifadə edilirdi. Adətən kirkirədən qadınlar istifadə edirdilər. Keçmişdə ət döymək üçün taxta toxmaq və yastı daşlardan geniş istifadə olunardı. Üzərinə müxtəlif mətbəx avandanlığı yığılmış rəflər adətən divara yerləşdirilmiş formada olurdu. Bəzən evin bütün divarları boyu düzələn rəflərə də təsadüf olunmuşdu. Rəflərə misdən, taxtadan, saxsıdan hazırlanmış məişət əşyaları düzülüb: həvəngdəstə, qənd doğrayan, mis kasalar,durna çirağı və s. Xovsuz xalça məmulatı məfrəşlər sandıq təyinatlı olub xalqımızın köçəri həyat tərzinin bir nümunəsidir. Xalça –palaz, yorğan –döşək, pal-paltar, məişət əşyaları məfrəşlərə yığılmalı idi həm yüngül həmdə gözəl.

    Bizə sualınız
    1. Adınız, soyadınız*
      Please type your full name.
    2. E-mail*
      Invalid email address.
    3. Sualınız
      Invalid Input
    Operator xətti