Maldarlıq təsərrüfatının meydana çıxması və inkişafı daha çox qədim şərq ölkələrinin adı ilə bağlıdır. Azərbaycanın da Qafqazla birlikdə bu inkişafda öz yeri vardır. Qafqaz maldarlığın yaranmasının ilk vətənlərindən biridir. Azərbaycanda heyvandarlığın iri buynuzlu mal-qara, qoyunçuluq, dəvəçilik, atçılıq və s. sahələri inkişaf etmişdir.Azərbaycanda əhalinin tunc dövründən, yəni e.ə. III minillikdə maldarlıqla məşğul olmaları haqqında Kür-Araz arxeoloji mədəniyyətinə aid abidə də Novxanıda, Kültəpədə və Qazax rayonu ərazisindəki Babadərviş yaşayış yerlərindən tapılan dəlillər (sümük qalıqları) sübut etmişdir. E.ə . I minillikdən eramızın III əsrlərinə qədərki dövrə aid bir sıra arxeoloji abidələrdən tapılan xırdabuynuzlu heyvan skeleti, onların abidələr üzərində təsviri qoyunçuluğun dövrünə görə böyük əhəmiyyətə malikdir. Qoyunçuluğun beşiyi sayılan Azərbaycanda onlarla qoyun cinsləri birləşmişdir. Bu cinslərin əksəriyyəti tarixən yaranmış və inkişaf etmişdir. Yetişdirilmiş qoyun cinsləri əsasən yağlı, quyruqlu olub, ətlik, südlük, yunluq və satış üçün istifadə olunurdu. Bu cinslər xarici görünüşü, yunun keyfiyyəti, südü, çəkisi və başqa nişanələrinə görə bir-birindən fərqlənirdi. Arxeoloji qazıntılar zamanı müəyyən edilmişdirki, qədim qoyun cinsləri müasir yerli Azərbaycan cinsləri ilə çox yaxınlıq təşkil edir. Lakin bunların arasında fərqlərdə vardır. Misal üçün Qədim Mingəçevir qoyun və keçiləri Azərbaycanın müasir qoyun və keçilərinə nisbətən gödəkayaqlı, iribədənli və çəkisi etibarı ilə ağır olmuşdur. Azərbaycanda şöhrət tapan, qədim və geniş yayılmış cinslər : Qarabağ, Şirvan, Bozax, Mazıx, Balbas, Merinos, Ləzgi, Herik qoyunlarıdır.Qeyd edək ki, qarabağ cinsi Bozax, Şirvan və başqa yerli qoyun cinslərin formalaşmasında ana cinsi rolunu oynamışdır.
Qərbi Azərbaycanda, qismən Şərqi Gürcüstanda yayılan Bozax qoyunu vaxtilə Gəncə və Qazax qəzalarında daha çox inkişaf tapan qoyun cinsi ətlik, südlük, yunluq və satış üçün bəslənmişdir. Naxçıvanda geniş yayılan balbas qoyunu ən iri qoyun hesab edilir. Balbas qoyunları boyca hündür caydaq olurlar. Rəngi ağ, başında və bəzən ayağında qara ləkələr olur. Bu ləkələr onun görkəminin yaraşığını dahada artırır. Balbas qoyunları buynuzsuz, yun keyfiyyətli və südü yağlı olur. Qoyunların çəkisi 50 kq qədər, qoçlarınki isə 65 kq-dan artıq olur. Quyruğu 16-20 kq qədər olan bu qoyunların yunuda 3-4 kq qədər olur. Balbas qoyunun yunu toxuculuqda yüksək qiymətləndirilir. 125-135 kq qədər süd verən bu qoyun cinsi XIX əsr və XX əsrin əvvəllərində geniş yayılmışdır. Dünyada ən qədim qoyun cinslərindən biri sayılan merinos qoyunudur. XIX əsrin 40-cı illərində Azərbaycana Rusiyyanın Tavrida quberniyasından gətirilmişdir. Merinos qoyunu təkcə ətlik deyil, həmdə yüksək keyfiyyətli çox zərif yununun olması ilə istifadə edilmişdır. Merinos qoyunundan 4-6 kq, 7-10 kq qədər nazik və uzun yun qirxilir. Bu cinsin çəkisi 50 kq , erkəklərinki isə 75-90 kq qədər olur. Xüsusilə Gədəbəy və Şəmkirdə yetişdirilir. XIX əsr XX əsrin əvəllərində Cənubi Qafqaz qoyunçuluq təsərrüfatında Azərbaycan birinci yeri tuturdu. Öküzdən yerin şumlanması, dənin döyülməsi və məhsulun daşınmasında istifadə edilmişdir.Aşkar edilən maddi-mədəniyyət nümunələri və külli miqdarda sümük qalıqlarından aydın olurki, antik dövr və ilk əsrlərdə qaramal durmadan inkişaf etmiş və sayca xeyli artmişdır. Azərbaycanda qaramal cinsi sayca o qədər də çox deyildir. Bu ərazidə iki cins daha geniş yayılmışdır. Kiçik Qafqaz və Böyük Qafqaz cinslərinin tarixi minillikdən xəbər verir. Hər iki cins əsrlər boyu yerli əhalinin ən çox bəsləyib yetişdirdiyi heyvanlar olmuşdur. Qaramalın yaş xüsusiyyətlərinə görə xalq arasında adları vardır. İnək doğanda balasına balaq, altı aylığa qədər buzov, 6 aydan bir ilə qədər olanda dana və s. adlanır. Heyvan orqanizminin quruluşu, onu həyat fəaliyyətindən, heyvan xəstəlıklərinin səbəbləri, əlamətləri, profilaktikası və müalicəsindən bəhs edən kompleksdir. Baytarlığın əsası heyvanların insan tərəfindən əhliləşdirməyə başladığı dövrdən qoyulmuşdur. Eramızdan IV min il əvvəl misirlilərdə baytarlar olmuşdur. Azərbaycanda baytarlığın tarixi atçılığın inkişafı ilə bağlıdır. Ərəb məxəzlərinin məlumatına görə VII-X əsrlərdə Azərbaycanda xalq arasında baytar, əttar, sınıqçı və nalbəndlər olmuşdur. Onların təcrübəsindən hətta başqa xalqlarda istifadə etmişdir. Azərbaycan Respublika Əlyazmalar İnstitutunda XVIII əsrin ortalarında yazılımış “Fərəsnamə” və “Risaleyi-baytariyyə” adlı iki əlyazması var. Bu əsərlərdə atın anotomiyası bir sıra at xəstəliyi və müalicəsindən və s. məsələlərdən danışılır. Azərbaycanda ilk dəfə 1946-cı ildə M.Q.Qəniyev və İ.R.Mirzəzadə qaramal və xüsusilə camış pasterellyozuna qarşı vaksin almışlar. Alimlərin baytarlıq sahəsində bir sıra tədqiqatları dövlət mükafatına layiq görülmüşdür. 1958-ci ildə Azərbaycan ETB-i yaradıldı. kənd təsərrüfatı heyvanları aşağıdakı xəstəlillərə tutulur: davaq, qarayara, quduzluq, pasterilloz, brusellyoz, vərəm və s.