Azərbaycanın mülayim iqlimi, zəngin bitki aləmi burada arıçılığın meydana gəlməsi və inkişafı üçün zəmin yaratmışdı. Quba- Xaçmaz, Şəki-Zaqatala, Lənkəran-Astara, Şirvan bölgələri, Qarabağ, Naxçıvan və Kəlbəcər arıçılığın qədim mərkəzləridir. Zəngin floraya malik respublikamızda 600-dən artıq çox ballı bitki növü olduğu müəyyən edilmişdir. Arıçılıq öz inkişaf prosesində bal və mum toplanması, həmçinin çöl arı ovundan başlayaraq, meşə arıçılığı və ev arıçılığına qədər üç mərhələ keçirmişdir. Etnoqrafik materiallardan aydın olur ki, meşələrdə ağac koğuşlarında, qayalarda, mağaralarda çoxlu arı olmuşdu. Yerli əhali tərəfindən çöl arılarını ovlamaq üçün əlçatmaz qayalarda xüsusi yerlərdə boş pətəklər qoyulurdu. Arıları cəlb etmək üçün bu pətəklərə içəri tərəfdən ətirli ot və çiçəklərdən hazırlanmış xüsusi məlhəm sürtürdülər. Beçəni ovlayan adam onun tam sahibi hesab olunurdu. Kəndli meşədə arıların məskən saldığı ağac koğuşlarından tək başına istifadə etmək hüququna malik olurdu. Aşkar etdikləri koğuşları işarə ilə nişan qoyurdular. Heç kəs bu arını zəbt etməyə curət etməzdi. Beləki əqidəyə görə arı “müqəddəsdir”, onu ogurlamaq olmaz, əks təqdirdə o qırılar. Zaman keçdikcə əhalinin arı məhsullarına təlabatının artması süni (ev) pətəklərinin yaranmasına səbəb olmuşdur. Azərbaycanda ev arıçılığı yerli əhaliyə hələ e.ə. I minillikdən məlum idi. Bunu Qazax rayonunda Sarıtəpə adlı yaşayış yerindən tapılmış qabın içərisindən sarı rəngli məhlul-balın aşkar edilməsi təsdiq edilmişdi. Orta əsrlərdə Azərbaycanda olmuş səyyahlar burada “yüksək keyfiyyətli yerli baldan geniş istifadə edilməsi, ondan müxtəlif növ şirniyyat məhsulları hazırlanması barədə məlumat verilir. XIX əsrin əvvəllərində Cənubi Qafqazda ən böyük arıçılıq təsərrüfatı hesab olunan Quba qəzasında 15000 arı ailəsi vardı. Digər arı cinsləri ilə müqayisədə Qabaqtəpə arıları 52 kq, İtaliya arıları 41kq, Şimal arıları isə 19 kq bal verir. Qabaqtəpə arısı haqlı olaraq mütəxəsisslər arasında “qızıl arı” adlanır. Qabaqtəpə arısı Rusiyanın şimalına, habelə Avropaya, Amerikaya aparılırdı. Arıçılıqda məhsuldarlığına görə 2 bal arı cinsi daha məhsuldardir:
-Boz Qafqaz cinsi-Qabaqtəpə arısı
-Sarı Qafqaz cinsi.
Azərbaycan ərazisində yayılmış Sarı İran və ya Lənkəran arısı Mələz, İtalya arılarıda qədim arı cinsinə mənsubdur. Bu arılar da məhsuldarlığına görə demək olarki, boz arılardan geri qalmır. Arı 1 kq bal yığmaq üçün milyonlarla çıçəkdən şirə sorur. Minlərlə km məsafə qət edir. Çəkildiyi bitkilərdən asılı olaraq arı balının müxtəlif növləri var. Bunlar cökə, balı, akasiya, günəbaxan, pambıq, çiçək, gəzəngi balı və s. balın yetişməsi müddəti (şan möhürlənədək) 16-23 gün davam edir. Azərbaycanda müxtəlif keyfiyyətli və dadlı, ağ, sarı, qırmızımtıl rəngli ətirli bal əldə edilir. Xüsusilə dağ balı keyfiyyətli sayılır. Arı məhsullarına bal, mum, vərəmum, arı zəhəri, arı südü, güləm daxildir. Bu məhsullardan tibdə, kosmetologiyada, yeyinti sənayesində və digər sahələrdə geniş istifadə olunur. Təcrübəli arıçılar arıların bəzi hərəkətlərinə görə havanın necə olacağını müəyyən edirdilər. Əgər hava buludlu olan zaman arılar yuvasından gizlənməyərək, şirə toplamağa gedərsə yağış olmayacaq, yaxud səhər tezdən arılar pətəkdən çıxmayaraq içəridə vızıldayırsa onda yağış yağacaqdır. God-pətəyin ilk forması hesab edilir. Godu, əsasən qoz, cökə, fıstıq ağaclarından hazırlayırdılar. Ayrı-ayrı zonalarda isə bəzi yerli ağac növlərindən (məs: Lənkəranda qızıl ağac, palıd) də istifadə edilirdi. Godu düzəltmək üçün diametri 50-70 sm olan ağac gövdəsini içərisi silindir şəklində oyulur, sonra hər iki başdan taxta ilə bağlanır. Bu qapaqlar pətəyə taxta payacıqları bərkidilir. Pətəyin yuxarı hissəsində onları saxlamaqdan ötəri dayacıqlar düzəldilirdi. Arıçılar pətəkləri odun parçası və yaxud yastı daşın üzərinə qoyur, yağış, qar düşməsin deyə onların üstünü ağac qabığı və ya samanla örtürdülər. Arıların qədim yaşayış məskəni sayılan godun Azərbaycanda iki forması xarakterikdi: dik god, yatıq god. Göy-Göl - Daşkəsən bölgəsində, Qazax, Qarabağ, Naxçıvan, Kəlbəcər, Gədəbəy və Laçında godun dik forması yayılmışdır. Azərbaycan Lənkəran–Astara bölgəsində arıçılar yatıq goddan istifadə etmişlər. Arı şanısı yem ehtiyyatı saxlamaq və nəsil yetişdirmək üçün onların mumundan qurduğu yuvadır. Arı şanının arılar çərçıvənin hər iki tərəfini hörərək hazırlayır və içinə bal yığılır. Torlu papaq və tüstü körüyü arılardan qorumaq üçündür. Torlu papaq- arıçının üzünü arı sancmasından qoruyur. Tüstü körüyü arıları sakitləşdirmək üçün işlədilir. Onun içərisində çürük ağac tüstüsü verən material yandırılır. Balı süzmək üçün lazım olan süzgəc, şam əridən qab və şam sıxan pressdən istifadə edi. Balın tərkibində 20 % su, korbohidrat (əsasən qlükoza, fruktoza, saxaroza, və s.) 80%, zülal 0.4%, kül 0.3%. Tərkibi: Üzvü turşular, fermentlər, aromatik və mi neral maddələr, az miqdarda vitaminlər (B1, PP, C, B6, K, E) və boyacı maddələr olur. Bal əsasən 2 cür olur:
1) Çiçək balı ( müxtəlif bitkilərdən toplanır)
2) Şirə balı (yarpaq və gövdələrin şirin ifrazatından alınir).
Bütün dərmanların şahı baldır. Xalqımız balı min bir dərdin dərmanı hesab etmişlər.