Əlverişli təbii-coğrafi şərait ta qədimdən Azərbaycan ərazisində üzümçülüyün geniş inkişafına imkan yaratmışdır.Azərbaycanda cır-meşə üzümünün geniş yayılması bu ərazidə üzümçülüyün qədimliyindən xəbər verir. Üzüm insan üçün çox faydalı olan, üzüm tənəyi quraqlığa davamlı olub, qüvvəli torpağa tələbkar deyil. Üzüm çox su tələb etməyən və dəmyə səraitində yetişdirilməsi mümkün olan bitkidir. Üzümçülüyün bu ərazidə yayılmasını e.ə.III minilliyin başlanğıcına aid etmək mümkündür. Arxeoloji qazantılar zamanı Ağdam şəhəri yaxınlığındakı Üzərliktəpə abidəsindən 3500 il bundan əvvələ aid üzüm toxumları və daşlaşmış gillər aşkar olunmuşdur. Toxumların ən irisi 6,5 mm, gillərin böyüklüyü isə 18-20 mm ölçüdə olmuşdur. Içərisində üzüm qalıqları olan şərab küpləri, Mingəçevirdə tunc dövrünün sonuna aid olan qədim qəbirlərdən tapılmışdır. Qazax şəhərinin qərbindəki Sarıtəpə adlı qədim yaşayış yerindən arxeoloji qazıntılar zamanı küplər, üzüm gilələri və toxumları tapılmışdır. E.ə II minilliyin sonuna aid olması təsdiqlənmişdi. Həmin küplərin dibində bərkimiş şərab qalığı da saxlanmışdır. Buda həmin dövrdə bu ərazidə şərabçılığın geniş istehsalını göstərir. Azərbaycanın ayrı-ayrı bölgələrində yüz illərdirki, yetişdirilən xalq seleksiyasının məhsulları olan rəngarəng yerli üzüm sortları (400-dən çox) və xiyabanlarda rast gəlinən yaşlı üzüm tənəkləri habelə üzümdən hazırlanan müxtəlif çeşidli məhsullar (mürəbbə, reçal, doşab, sirkə, abqora, sucuq, kişmiş, mövuc, turşaşirin, şərbət, şərablar, spirt və s.) bu ərazidə əhalinin üzümçülüklə məqsədyönlü məşğul olduğunu göstərir. XIX əsrin axırlarında Azərbaycanın üzümçülük və şərabçılığın güclü inkişaf etdirildiyi ərazilərdə ağ, qırmızı, qara, çəhrayı və s. texniki və kişmişi üzüm sortları (Xərci, Əskəri, Misqalı, Xəlili, Ağ şanı, Kişmişi, Hüseyni, Əmiri, Xəzri, Qızıl üzüm, Çil üzüm, Beyləqani, Keçıəmcəyi və s.) yetişdirilirdi. 1913-cü ildə ərazimizin 15 qəzasında 26.5 min hektar üzümlüklər mövcud idi. Artıq 1924-cü ildə üzüm istehsalı 89.3 min tona, şərab istehsalı isə 5.9 min dekalitrə yüksəlmişdir. 1930-1931- ci illərdə Ağdam, Gəncə və Abşeronda 80-ə qədər yerli süfrə və texniki üzüm sortları aşkar olunmuşdur. 1940-cı ildə üzümlüklərin sahəsi 33 min hektara çatdı. 1954-cü il respublikada bu sahədə dönüş ili oldu. Onların ümumi gücü 311.8 min dekalitr təşkil edirdi. Azərbaycan şərabları yalnız respublikada deyil, həmçinin xarici ölkələrdə də (Macarıstan, Almaniya, Bolqarıstan, Polşa, Çexoslovakiya, Kuba və Monqolustan) böyük müvəffəqiyyətlə satılırdı. Öz keyfiyyətinə görə Fransanın ən yaxşı şərablarından geri qalmırdı. Azərbaycanda üzümçülük və şərabçılıq sahəsinin elmi-əsaslarla inkişafını təmin etmək üçün NS 12 avqust 1976-cı il tarixli, 269 saylı sərəncamı ilə ETU və Şərabçılıq İnstitutu yaradılmışdır. O dövrdə ən iri şərab istehsalçıları olan I və II nömrəli Bakı şərab zavodları, Göy-Göl aqrar sənaye kombinantı, I və II nömrəli Gəncə şərab zavodları 60 markadan çox şərab o cümlədən 17 növ turş şərab (“Baya”, “Alşərab”, “Sadıllı”,”Mədrəsə”,”Novruzlu”), 20 növ portveyn tipli tünd desert şərabı (“Ağstafa”,”Ağdam”,”Qızıl şərbət”), 11 növ desert şərabı (“Qaraçanaq”,”Mil”, “Azərbaycan”, “Şamaxı”) və 13 marka konyak (3,4,5 ulduzlu, “Göygöl”, “Bakı”, “Şirvan”, “Abşeron”, “Yubileyni”) istehsal edirdi. Texniki üzüm sortları: bayanşirə, Mədrəsə, Şirvanşahı, Xindoqnı, Həməşərə, Mələyi, Xərci, qara asma, Qara Aldərə, Dəvəgözü, Tağıverdi, İzabella və s. Texniki üzüm sortları əsasən süfrə (ağ, qırmızı və çəhrayı) tündləşdirilmiş, disserty və kəmşirin şərabların şampan şərab materiallarının və konyakların hazırlanması üçün istifadə edilir. Süfrə üzüm sortları: Ağ Xəlili, Qara kişmişi, Ağ Şanı, Qara Şanı, Şamaxı Mərəndisi, Şirvan şahısı, Xatını, Qızıl üzüm, Təbrizi, Dərbəndi, Sarıgilə və s.Burada üzümçülük, şərabçılığa aid məhsulları görürsünüz: şərablar, bəhməz, şirələr, kişmiş və s. daha sonra üzümçülükdə istifadə olunan avadanlıqları görürsünüz: şərab çəlləkləri, şərabçılıqda istifadə olunan pressdir, onun 100 ildən çox yaşı vardır. Təknə-nov üzüm sıxmaq üçün istifadə olunan daşdır. Belə təknə novlarda üzüm ayaqla əzilirdi. əzilmiş üzüm şirəsi novlardan axaraq küplərə tökülürdü. Burada Azərbaycan şərablarının müxtəlif illərdə beynəlxaq sərgilərdə aldığı diplom və medalları görürsünüz:
“Mil”-1955,1958
“Şamaxı şərabı”-1952,1958
“Qara Cahan”-1954-1958
“Mədrəsə”-1955,1958.