• Azeri
  • Russian
  • English (UK)
  • Sunday, 19 December 2021 18:06

    Heydər Əliyev Mərkəzində “Nəğmə doğu ürək”

    Written by 
    Rate this item
    (0 votes)

    Dekabrın 29-da Heydər Əliyev Mərkəzində “Nəğmə doğu ürək” adlı qala konsert olacaq. Konsert Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellasının müşayiəti, Əməkdar artist Fuad İbrahimovun dirijorluğu ilə keçəcək.

     

    Qala-konsertdə solistlər- Xalq artistləri Azər Zeynalov, Fərhad Bədəlbəyli (fortepiano), Murad Adıgözəlzadə (fortepiano), Murad Hüseynov (fortepiano), Yeganə Axundova (fortepiano), Əməkdar artist Ramil Qasımov çıxış edəcəklər.

     

    Tanınmış musiqiçilərin ifalarında Elza İbrahimova, Fikrət Əmirov, Qara Qarayev, Niyazi, Oqtay Zülfüqarov, Sergey Raxmaninov, Sevil Əliyeva, Tofiq Quliyev və Üzeyir Hacıbəylinin əsərləri səslənəcək. 

     

    Konsertə biletləri Heydər Əliyev Mərkəzinin kassasından, iTicket.az saytı və kassalarından əldə etmək mümkündür.

     

    Read 3705 times
    Bizə sualınız
    1. Adınız, soyadınız*
      Please type your full name.
    2. E-mail*
      Invalid email address.
    3. Sualınız
      Invalid Input
    Operator xətti