• Azeri
  • Russian
  • English (UK)
  • Super User

    Super User

    Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ölkəmizdə ilk dəfə olaraq Neyron şirkəti tərəfindən Respublika Dövlət Kənd Təsərrüfatı Muzeyinin informasiya sistemi  hazırlanıb. Muzeydə info kiosklar quraşdırılıb və muzeyin informasiya sisteminin proqram təminatı hazırlanıb.

    Muzeyin informasiya sisteminin 4 əsas moduldan ibarətdir;

    1.Heydər Əliyev və Azərbaycan kənd təsərrüfatı. 

    2. Respublika Dövlət Kənd Təsərrüfatı Muzeyi.

    3.Kənd təsərrüfatı sahələri.

    4.Kənd təsərrüfatı göstəriciləri.

    1.Heydər Əliyev və Azərbaycan kənd təsərrüfatı- burada ulu öndərin Azərbaycanın kənd təsərrüfatının inkişafına verdiyi töhvələri vizual olaraq, fotoşəkillər , video çarxlar və onun  kənd təsərrüfatı ilə fikirləri ziyarətçilərə təqdim edilir. Bu bölmədə Heydər Əliyev ölkəmizin kənd təsərrüfatı tarixindəki önəmli rolu təqdim edilir. Ulu öndərin ayrı-ayrı aqrar sahələr üzrə faəaliyyəti və uğur tarixçəsi barədə vizual görüntülər verilir.

    2. Respublika Dövlət Kənd Təsərrüfatı Muzeyi- burada muzeyə daxil oolan ziyarətçilərə muzeyin dinamik xəritəsi təqdim olunur. Sol tərəfdən muzeyin dinamik xəritəsi, sağ tərəfdə isə keçidlər göstərilib. Hər bir keçid muzeyin bir bölməsini  özündə əhatə edir. Bu keçidlər vasitəsi ilə ziyarətçilər seçdikləri bölmə ilə bağlı mətn məlumatlarını oxuya və eksponatların şəkilləri ilə tanış ola bilər. Kioskların monitorları əl toxunuşu ilə istifadə olunur və ziyarərçilər çox rahatlıqla muzeyin xəritəsi üzərində yerləşdirilmiş bölmələrə toxunur, oradakı eksponatlar barədə ətraflı məlumatlar artır.

    3.Kənd təsərrüfatı sahələri- bu modul vasitəsilə ziyarətçilər kənd təsərrüfatı müxtəlif istiqamətləri haqqında ətraflı məlumatlar ala bilər. Ziyarətçilər burada kənd təsərrüfatı sahələrini görəcək. Hər bir sahə ilə bağlı şəkillər və mətnlər əks olunur.

    4.Kənd təsərrüfatı göstəriciləri- burada ziyarətçilər hər bir kənd təsərüfatı sahəsi üzrə onun inkişaf xəritəsini vizual olaraq görə biləcək.Burada sahələr üzrə mətn məlumatlarını oxuya və aidiyyatı sahə üzrə diaqramlara baxa biləcək. Burada 2000-2019-cu il dövrləri  əhatə edən ayrı-ayrı sahələr üzrə ümumi göstəriciləri təqdim edilir.

    Sunday, 13 March 2022 18:40

    Araba

    Sərnişin və yük daşımaq üçün istifadə edilən təkərli nəqliyyat vasıtəsidir. E.ə. IV minillikdə meydana gəlmişdi. Arabanın müxtəlif forması olmuşdu: iki və dörd təkərli. (həyətyanı təsərrüfatda liman və vağzallarda 1,2 və 4 təkərli əl arabasıda işlədilirdi.) Qoşqu tipinə görə öküz arabası (kəl arabası), at arabası və s. növü vardır. 2 təkərli arabanın tarixi daha qədimdir. Bu arabanın təkərləri bütöv olmuş və oxla birlikdə fırlanmışdı. Bu arabalardan ilk dəfə sarmatlar (e.ə. II-III əsrlərdə) istifadə etmişlər.

        Arxeoloji tədqiqatlar Zaqafqaziyada hələ e.ə. IV-I minilliklərdə 2 və 4 təkərli arabalardan istifadə olunduğunu göstərir. Arabalar əsasən 2 növə: təsərrüfatla əlaqədar və hərbi məqsədlər üçün ayrılırdı. Döyüş arabaları Assuriya, Urartu və Midiyada daha geniş yayılmışdır.Təsərrüfat əhəmiyyətli arabalar indidə öz əhəmiyyətini itirməmişdi. Azərbaycanda işlədilən tək  atlı dörd təkərli arabaları buraya XIX əsrin ortalarında rus sektantları gətirmişlər. Bu arabalara xalq arasında “malakan arabası” deyilirdi.

    Bizə sualınız
    1. Adınız, soyadınız*
      Please type your full name.
    2. E-mail*
      Invalid email address.
    3. Sualınız
      Invalid Input
    Operator xətti