Sərnişin və yük daşımaq üçün istifadə edilən təkərli nəqliyyat vasıtəsidir. E.ə. IV minillikdə meydana gəlmişdi. Arabanın müxtəlif forması olmuşdu: iki və dörd təkərli. (həyətyanı təsərrüfatda liman və vağzallarda 1,2 və 4 təkərli əl arabasıda işlədilirdi.) Qoşqu tipinə görə öküz arabası (kəl arabası), at arabası və s. növü vardır. 2 təkərli arabanın tarixi daha qədimdir. Bu arabanın təkərləri bütöv olmuş və oxla birlikdə fırlanmışdı. Bu arabalardan ilk dəfə sarmatlar (e.ə. II-III əsrlərdə) istifadə etmişlər.
Arxeoloji tədqiqatlar Zaqafqaziyada hələ e.ə. IV-I minilliklərdə 2 və 4 təkərli arabalardan istifadə olunduğunu göstərir. Arabalar əsasən 2 növə: təsərrüfatla əlaqədar və hərbi məqsədlər üçün ayrılırdı. Döyüş arabaları Assuriya, Urartu və Midiyada daha geniş yayılmışdır.Təsərrüfat əhəmiyyətli arabalar indidə öz əhəmiyyətini itirməmişdi. Azərbaycanda işlədilən tək atlı dörd təkərli arabaları buraya XIX əsrin ortalarında rus sektantları gətirmişlər. Bu arabalara xalq arasında “malakan arabası” deyilirdi.