• Azeri
  • Russian
  • English (UK)
  • Taxılçılıq

    Dünyada əkilib becərilən ilk bitkilərdən olan buğda eramızdan əvvəl VIII-VII minilliklərdə  Qərbi Asiyada yetişdirilməyə başlandı. Daha sonra Cənubi Avropaya və Şimali Afrikaya, kəşflərdən sonra isə Avstraliyaya və Amerika qitələrinə də yayılır. Taxılçılıq dünyanın qədim kənd təsərrüfat sahələrindən biridir. Hələ İraqda, qədim Misirdə, Çində, Şərqi Avropada yaşayan xalqlar taxılçılıqla qədimdən məşğul olmuşdular. Zaqafqaziya və Orta Asiya ərazisində e.ə. V-IV  minilliklərdə taxıl əkilirdi.

          Azərbaycan ərazisində yabanı arpa və buğda, taxıl növlərinin mövcudluğu ta qədimdən burada əkib becərməyə şərait yaratmışdı. Şum alətlərinin sadədən mürəkkəbə doğru inkişafıdan, biçin və döyüm qaydaları, taxılın saxlanma məsələləri başqa sahələrində inkişafına zəmin yaratmışdır. Azərbaycan ən qədim əkinçilik ölkəsidir. Burada dənli bitkilərin, xüsusilə buğda bitkisinin becərilməsi ilə dörd min il bundan əvvəl məşğul olmuşlar.Burada hələ neolit dövründə dəmyə əkinçilik əhalinin əsas məşğuliyyəti olmuşdur. Taxılçılığın qədim olduğunu arxeoloji qazıntılar zamanı tapılmış buğda dəni və un, daş kirkirə, buğda bitkisini becərmək üçün daş toxalar, vəllər və s.vasitələr sübut edir. Beləki, Kültəpədəki qazıntılar zamanı 4.65 m dərinliyində buğda və arpa dəni tapılmışdır. Bundan başqa, yenə orada dənəzən və keramikalarda tapılmışdır ki, bunların tarixi  e.ə. III minilliyə aiddir. 1926-cı ildə Əsgəran qalası yaxınlığındakı Xocalı qəbirsanlığında  bir dolça       (su qabı) tapılmışdır: dolça e.ə. II minilliyə aiddir. Dolçanın qulpunda buğda və darı şəkillərindən ibarət relyef təsvir olunmuşdur. 1940-cı ildə Göy-Göl rayonunda aparılan qazıntılar zamanı agac və daş vəllər tapılmışdır. Bu vəllər çaxmaq daşından ibarət olub, e.ə. II minilliyin sonuna aid edilir. Vəllərlə  bir yerdə adam meyididə dəfn olunmuşdur. Güman etmək olar ki, bu adam əkinçi olmuşdur. C.M.Qazıyev və başqa tarixçilərdən ibarət olan ekspedisyanın üzvləri tərəfindən Mingəçevirdə aparılan qazıntılar zamanı tapılmış un və buğda dənəsi xüsusilə maraqlıdı. Bunlar eramızın birinci əsrinə aiddir. Toxumlar öz rəngini və formasını saxlamış, un isə azacıq rəngini dəyişmişdir. Buna bir tərəfdən yaxşı saxlama şəraiti, digər tərəfdən isə buğdanın yüksək keyfiyyətə malik olması ilə izah etmək olar. Əkinçiliyin inkişaf tarixi göstərir ki, Azərbaycanda iki dənli bitki: buğda və arpa daha çox becərilmişdir. Azərbaycanın Rusiyaya birləşdirilməsindən sonra kənd təsərrüfatında əsas aparıcı rolu yenədə taxılçılıq tuturdu. Taxılçılıq əhalinin başlıca məşğuliyyəti olmuşdur. XIX əsrin 30-50-ci illərində Qarabağ, Şirvan, Quba əyalətlərində çoxlu taxıl toplanmışdır. Beləki, 1830-1832-ci illərdə Şirvandan  2.770.770 pud, Qubadan  2.392.500 pud, Qarabağdan  209.000 pud buğda məhsulu yığılmışdır. Azərbaycanda istesal olunan taxılı xarici bazarlarda həvəslə alırdılar. Sarı buğda sortu özünü yüksək keyfiyyətinə görə, dadına görə, artımına görə şöhrət qazanmışdır. Batumi və Poti limanları ilə Azərbaycan buğdası İtaliya, Yunanıstan, Fransa, Türkiyə, Hollandiya, Almaniya və digər ölkələrə aparılırdı. 1885-1887- ci illərdə Batumi və Potiya, oradan isə xarici bazarlara 11 milyon pud buğda və arpa aparılmışdır. Buğdanın 22 növü mövcuddur. Bunlardan ikisi geniş yayılmışdır: bərk və yumşaq. Yumşaq buğdanın 9 növü , bərk buğdanın 10 növü vardır. Bu buğda növlərı həm payızlıq həm də yazlıq becərilir. Buğda bitkisinin uzun müddət becərilməsi, seçilməsi son zamanlar həmdə hibritləşdirilməsi nəticəsində bir çox sortlar yaradılmışdır ki, bunlarda öz əcdadından və hazırda yabanı halda bitən çox yaxın cinslərdən xeyli fərqlənir. Azərbaycanda kəndlilər əsrlər boyu buğdanın sortunu yaxşıllaşdırmaqla məşğul olmuşlar. Hər il kəndlilər sünbülün orta hissəsindən toxumlar secib ayırmışlar. Bu prosesə onlar “Başaq seçmə” yaxudda “axta buğda” adlandırmışlar. Yumşaq buğda sortlarından çörək, bulka şirniyyatda, bərk buğda unundan isə makaron istehsalında istifadə edilir.Azərbaycan hökümətinin kənd təsərrüfatının inkişaf etdirilməsi ilə əlaqədar verdiyi iki fərmanı nəzərə salaq:

            - Birinci fərman Respublikada taxılçılığın və pambıqçılığın inkişaf etdirməsi üçün 6 iyun 1950-ci ildə Azərbaycan Nazirlər Soveti Mərkəzi Komitəsi tərəfindən verilmişdir. Bu fərmana əsasən Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutu yaradıldı.

           - Ikinci fərman isə 8 mart 1956-cı ildə kənd təsərrüfatı  ET müəssisəsinin işinin yaxşılaşdırılması ilə əlaqədar verilmişdir. Bu fərmana əsasən Azərbaycan ETƏİ  EA  nəzdindəki  Əİ  ilə birləşdirildi.

             Əkinçilik İnstitutunda taxıl və paxlalı bitkilərin, tütünün  70 sortu yaradılmışdır. Yaradılan bərk buğda, noxud, tütün növlərinin bəziləri öz keyfiyyətinə görə hətta dünya standarlarından da  üstündür. Bu sortlar 9 beynalxalq, 11 ümumittifaq, 19 respublika sərgilərində qızıl və gümüş medal almışdır. 

             Dünya alimləri qeyd edirdilərki, buğdanın potensial məhsuldarlığı 80-100 sentnerdir. Azərbaycanda  50-60 sentner məhsul vermə qabiliyyətinə malik olan sortlar mövcuddur. 2001-ci ildən başlayaraq azərbaycanda taxıl istehsalı yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Ölkə tarixində  ilk dəfə olaraq taxıl istehsalı  iki milyon tona yüksəlmişdir. Bu göstərici XXI əsrin ən yüksək nəaliyyətlərindən hesab etmək olar.

    Bizə sualınız
    1. Adınız, soyadınız*
      Please type your full name.
    2. E-mail*
      Invalid email address.
    3. Sualınız
      Invalid Input
    Operator xətti