Super User
Xidmətlər
Muzeyin ekspozisiyasına giriş bileti və xidmətlərin qiyməti
-Azərbaycan Respublikasının vətəndaşları üçün-2 azn
-Məktəbəqədər uşaqlar, şagirdlər üçün-1 azn
(Ödənişsiz giriş)
- uşaq evləri və internat məktəblərinin şagirdləri
- Milli qəhrəmanlar, müharibə əlilləri və veteranları, şəhid ailələri (müvafiq sənəd təqdim etməklə)
- Azərbaycan Respublikasında fəaliyyət göstərən muzeylərinin əməkdaşları
- Beynəlxalq Muzeylər Şurasının (ICOM) üzvləri
(Açıq qapı günləri)
- 18 may- Muzeylər günü
İş rejimi
Muzeyin iş vaxtı: 09:00-dan 17:00-dək
Kassanın iş vaxtı: 09:30-dan 16:00-dək
Nahar vaxtı: 13:00-dan 14:00-dək
Qeyri-iş günləri: şənbə və bazar
Haqqımızda
Azərbaycanı həmişə “açıq muzeylər ölkəsi” adlandırıblar. Respublika Dövlət Kənd Təsərrüfatı Muzeyi respublikanın ilk muzeylərindən biridir. 27 dekabr 1922-ci il tarixində xalq komissarı H.Sultanov muzeyin təşkilinə rəhbərlik etmək üçün təşkilat komitəsinin yaradılması haqqında əmr vermişdir. 1923-cü ilin oktyabr ayında Az.SSR Xalq Torpaq Komissarlığı Azərbaycan Fəhlə - Kəndli Deputatları Sovetinin qurultayının açılışı münasibətilə Bakıda müvəqqəti kənd təsərrüfatı sərgisi təşkil etmişdir. Sərgidə respublikanın kənd təsərrüfatının vəziyyətini əks etdirən müxtəlif eksponatlar, dioqram və fotoşəkillər, ölkənin fiziki-coğrafi, torpaq, iqlim, demoqrafik xüsusiyyətləri və s. nümayiş olunurdu. Qısa müddət ərzində sərgini (oktyabr 1923 – 10 yanvar 1924) 8.000 insan ziyarət etmişdi. Bu böyük marağı nəzərə alaraq dövlət Az.SSR Xalq Torpaq və Xalq Ticarət Komissarlıqlarının təşəbbüsü ilə “Respublika”əhəmiyyətli Kənd Təsərrüfatı və Ticarət-Sənaye Muzeyinin yaradılması haqqında qərar verdi. 1924-cü ilin sonunda muzey artıq 23 otaqdan ibarət idi və iki şöbəyə ayrılırdı: kənd təsərrüfatı və sənaye şöbələri. Kənd təsərrüfatı şöbəsinə elm-maarif; əkinçilik və bitkilərin qorunması; heyvandarlıq; meliorasiya; meşə təsərrüfatı; k/t maşın və avadanlıqları; ovçuluq və kustar sənaye bölmələri, sənaye şöbəsinə isə geologiya-kəşfiyyat; dağ-zavod sənayesi; neft; texniki istehsal; fəaliyyətdə olan mexanizmlər, qurğular, maşınlar; Xəzər dənizi və balıqçılıq sənayesi bölmələri aid idi.
Azərbaycan kino sənətinin incilərindən biri olan “Əhməd haradadır?” hər birimizə yaxşı tanışdır. 1963-cü ildə istedadlı sənət ustası Adil İsgəndərovun quruluş verdiyi bu film retro filmlər arasında xüsusi dəsti-xəttə malikdir. Şübhəsiz ki, bu filmə baxanlar Kənd Təsərrüfatı Muzeyi ilə bağlı epizodu çox yaxşı xatırlayırlar. Kənddən gələn Leyla Əhmədi bu muzeyə aparır. Şəhərdə yaşamasına baxmayaraq, bir dəfə də olsun Kənd Təsərrüfatı Muzeyində olmayan Əhməd burada gördüklərinə heyran qalır və indiyədək buraya gəlmədiyinə görə peşmanlıq hissi keçirir. Bunun üçün Leyla onu qınayır. Ola bilsin ki, Əhmədin yolu sadəcə muzeyin yanından düşməyib və yaxud muzey elə yerdə olub ki, Əhmədi qınamağın yeri yoxmuş.
Muzeylərin vətəndaşların tanıdığı, bildiyi yerdə olması onun nümunəvi işinin şərtlərindəndir. Çünki muzeylər Azərbaycanın tarixini, mədəniyyətini özündə yaşadır. Ənənəvi Azərbaycan kəndi, evlər, daxmalar, kəndlinin məşğul olduğu təsərrüfat sahələri, baytarlıq, heyvandarlıq, arıçılıq, meyvəçilik, ipəkçilik, çayçılıq, milli geyimdə bələdçilər və bu abu-havaya rəng qatan milli Azərbaycan musiqiləri...Bu məkana düşən hər kəs özünü tarixin müxtəlif mərhələlərində mövcud olan tipik Azərbaycan kəndində hiss edir. Bir tərəfdə qurulmuş təndir, əkin-biçin sahələri, tövlə, başqa bir tərəfdə təbii məhsullarla rövnəqlənən sadə kənd süfrəsi və daha nələr...Burada insan sanki əsrarəngiz, sehirli bir aləmə düşür.
Bu məqsədlə muzeydə tez-tez ekskursiyalar, sərgilər, mühazirələr, görüşlər təşkil olunur. Onun daim yeni ekponatlarla zənginlənən ekspozisiyası həmişə kənd təsərrüfatının inkişaf tarixini, müasir vəziyyətini özündə əks etdirən və geniş təbliğ edən ən təsirli silah olmuşdur. Burada həm də respublikamızda yaşayan digər xalqların tarixini, mədəniyyətini, əkinçilik mədəniyyəti ilə bağlı adət-ənənlərini geniş kütləyə tanıtmaq məqsədilə sərgilər, televiziya verilişləri, görüşlər təşkil edilir; milli və dövlət bayramlarımız, xüsusi anım günləri müxtəlif tədbirlərlə qeyd olunur. Muzey elmi idarə kimi respublikamızın kənd təsərrüfatının bütün sahələri haqqında geniş məlumat toplamış və "Azərbaycan Kənd Təsərrüfatı Ensiklopediyası"-nı hazırlayaraq çap etdirmişdir.
Yeni muzeyin görüntüləri
https://kendteserrufatimuzeyi.az/index.php/ru/component/k2/itemlist/user/43-superuser?start=70#sigProGalleria432ed76fc4
Arxiv şəkillərdən
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
https://kendteserrufatimuzeyi.az/index.php/ru/component/k2/itemlist/user/43-superuser?start=70#sigProGalleria495169fedf
Azərbaycan Xalça Muzeyi Varşavada “Muzey innovasiyaları” konfransında təmsil olundu
Azərbaycan Xalça Muzeyinin direktoru, İCOM Azərbaycan Milli Komitəsinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova 9-12 may tarixlərində Polşanın Varşava şəhərində Beynəlxalq Muzey Forumunun “Avropanın ən yaxşı muzeyi 2018” mükafatı üçün təşkil etdiyi müsabiqə çərçivəsində keçirilən “Muzey innovasiyaları” konfransında Azərbaycan Xalça Muzeyini təmsil edib.
Tədbir Avropa Muzey Forumu (EMF), Polşanın Mədəniyyət və Milli İrs Nazirliyi, İctimai Kolleksiyalar və Muzeylər üçün Milli İnstitut, Avropa Şurası və Polşa Muzeyinin birgə təşkilatçılığı ilə Varşavanın Polşa Yəhudilərinin Tarixi Muzeyində keçirilib.
“Avropanın ən yaxşı muzeyi 2018” mükafatına 40 namizəd muzey arasında Azərbaycan Xalça Muzeyi ilə yanaşı, Böyük Britaniya, Türkiyə, İsveç, Hollandiya, Rusiya, Almaniya, Fransa, İtaliya, İspaniya, Portuqaliya, Polşa, Latviya, Estoniya, Andorra, Serbiya, Xorvatiya, Bosniya və Herseqovina, İrlandiya, Macarıstan, Yunanıstan və Finlandiya muzeyləri olub.
Foruma çox kiçik - cəmi iki işçisi və iri – il ərzində 3 milyona qədər ziyarətçisi (tamaşaçısı) olan 40-a yaxın muzey qatılıb. Xalça Muzeyinin təqdimatı ən yaxşı, parlaq və yaddaqalan təqdimatlardan biri kimi qəbul olunub. Azərbaycan Xalça Muzeyi “Muzey sahəsində ictimaiyyətlə işin qurulmasında innovasiyaların tətbiqinə görə” sertifikatı ilə təltif olunub. Bu barədə danışan muzeyin direktoru Şirin Məlikova bildirib ki, bu gün muzeylərin əsas fəaliyyəti cəmiyyətlə işləmək və əhalinin müxtəlif təbəqələrini muzeylərə yalnız ziyarətçi qismində deyil, həm də muzey həyatının iştirakçıları qismində cəlb etməkdir və yerli şərtlərə uyğun olaraq hər muzey bu məsələni öz bildiyi kimi həll edir. “Biz bu gözəl təcrübəni mənimsəməliyik və cəmiyyətin hər üzvü burada nəsə öyrənib təcrübə qazanmalı, özünü muzey həyatının, fəaliyyətinin bir hissəsi kimi hiss etməlidir” – deyə o, vurğulayıb.
"Avropanın ən yaxşı muzeyi " (EMYA) mükafatı Avropa Muzey Forumunun (EMF) əsas layihəsidir. Avropa Muzey Forumu muzeydə innovasiyanı təşviq etmək, Avropada qabaqcıl peşə təcrübəsi və fikir mübadiləsini asanlaşdırmaq üçün xeyriyyə fondu kimi Böyük Britaniyada qeydə alınmış müstəqil qeyri-kommersiya təşkilatıdır. EMF Avropa Şurasının himayəsi altında fəaliyyət göstərir və Avropa muzeylərinin sosial keyfiyyətinin inkişaf etdirilməsinə yönəlmiş aparıcı Avropa qurumlarından biridir.
Ən qəribə muzeylər
Xarici ölkəyə tətilə getdiyiniz zaman əvvəlcə oradakı muzeylər ağla gəlir. Tarixi xarabalıqlar, keçmişdən qalan izlər və ya sənətkarların ən eksklüziv əsərlərini görmək imkanı yaratmağa çalışılır. Bununla birlikdə, dünyanın bəzi muzeyləri qeyri-adi şeylər sərgiləyirlər. Cənubi Koreyanın Sevgi muzeyi, Nevşehir Kapadokyanın Saç muzeyi kimi. Bright Side saytı dünyanın ən qəribə muzeylərini sadalayıb. Aralarında qonşu Türkiyədən də bir muzey olan o siyahıya sizlər üçün göz gəzdirdik və maraqlı olduğunu düşündüyümüz bir neçə muzeyi də əlavə etdik.
Yalançı muzey, Almaniya
Almaniyanın Kyritz şəhərində dünyanın ən orijinal muzeylərindən biri olan Lügen Muzeyi yerləşir. Muzeyin yeri kənardan dağılmış tarixi binanı xatırlatsa da, əslində kifayət qədər gözəl bir binadır. Muzeyin binası müasirdir və çürümüş fasad, həmçinin bağçaya qoyulmuş "köhnə" taxta skamyalar saf yalandır. Muzeyin qurucusu məşhur rəssam Reinhard Zabkadır. O, sərgi ilə reallıq və sənətdəki yalan arasındakı fərqin nə qədər gözəl olduğunu insanlara göstərmək istədi.
Muzeydəki bütün eksponatlar saxta məhsullardır. Onlar çox maraqlı məlumat əlamətləri ilə tamamlanır. Muzey ziyarətçiləri müxtəlif eksponatlar arasında vaxtilə Stalinin oğlunu, əsl uçan xalçanı və hətta batmış titanikdə bir möcüzə olan köhnə radionu tapa bilər. Əlbətdə ki, təqdim olunan sərgilərin heç biri orijinal deyil. Ancaq təəccüblüdür ki, mükəmməl rəssamın təxəyyülü böyükdür və o, bunu yumor hissi ilə sintez edir.
Muzey kolleksiyası nəhəngdir və 10 geniş otağa malikdir, buna görə muzeyi bütünlükdə ziyarət etmək bir qədər vaxtınızı ala bilər. Lügen Muzeyi Avropada yeganə növdür və şübhəsiz ki, tipik sənət qalereyaları və ənənəvi tarixi muzeylərdən bəslənən turistləri sevindirəcəkdir. Lügen Muzeyində bir çox gözəl skamyalar və yamyaşıl bitki örtüyü olan gözəl sərhəd bölgələri var. Ətrafdakı təbiətin gözəlliyi, yəqin ki, burada həqiqi olan yeganə şeydir.
Heydər Əliyev Mərkəzində “Nəğmə doğu ürək”
Dekabrın 29-da Heydər Əliyev Mərkəzində “Nəğmə doğu ürək” adlı qala konsert olacaq. Konsert Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellasının müşayiəti, Əməkdar artist Fuad İbrahimovun dirijorluğu ilə keçəcək.
Qala-konsertdə solistlər- Xalq artistləri Azər Zeynalov, Fərhad Bədəlbəyli (fortepiano), Murad Adıgözəlzadə (fortepiano), Murad Hüseynov (fortepiano), Yeganə Axundova (fortepiano), Əməkdar artist Ramil Qasımov çıxış edəcəklər.
Tanınmış musiqiçilərin ifalarında Elza İbrahimova, Fikrət Əmirov, Qara Qarayev, Niyazi, Oqtay Zülfüqarov, Sergey Raxmaninov, Sevil Əliyeva, Tofiq Quliyev və Üzeyir Hacıbəylinin əsərləri səslənəcək.
Konsertə biletləri Heydər Əliyev Mərkəzinin kassasından, iTicket.az saytı və kassalarından əldə etmək mümkündür.