• Azeri
  • Russian
  • English (UK)
  • Karbəri

       Arxeoloji materiallardan məlum olur ki, qədim insanlar çörək bişirmək üçün daş ocaqlardan geniş istifadə etmişlər. Daş ocaqlar iki formada olur. Birincisi 2-3 daşı yanaşı qoyub  onun üzərində ocaq qalayırlar. Sonra isə  odu təmizləyib qızmış daşın üstünə kündəni yapırlar. Kündəni çevirməklə çörək bişir. Daş ocağın ikinci forması isə karbəri adlanır. Bu çörəkbişirmə vasitəsindən dörd tərəfi böyük ölçülü yastı daşlardan  ocaq düzəltməklə istifadə edilirdi. Döşəməsi torpaqdan olan karbəri bir növ evciyə bənzəyirdi. Daşların torpağa qoyulan tərəfi azca qazılmış yerə basdırılaraq bir birinə söykənilmiş halda düzəldirdilər. Qədim dövrdə meydana gəlmiş Karbəridən XIX əsr və XX əsrin əvvəlinə qədər istifadə edilib. Karbərinin harada və necə meydana gəlməsi barədə məlumat yoxdu.

    Bizə sualınız
    1. Adınız, soyadınız*
      Please type your full name.
    2. E-mail*
      Invalid email address.
    3. Sualınız
      Invalid Input
    Operator xətti