Ipəkçilik ən qədim kənd təsərrüfatı sahələrindən biridir. Ipəkçilik 5 min il bundan əvvəl Çinin Şandum yarımadasında inkişaf etmişdir. Ipək açılmasının öyrənilməsinə də bundan 2700 il əvvəl Çində başlamışdır. İpəkqurdu toxumu daha sonralar Orta Asiyaya, ordanda İrana və Azərbaycana gətirilmişdir. Azərbaycanda ipəkçiliyə V-VI əsrlərdə başlamış və sonrakı dövrlərdə ölkənin bütün bölgələrində yayılmışdır. Həmin dövrə aid Mingəçevirdən arxeloji qazıntılar zamanı zərif toxunmuş parça qalıqları, ipək, yun və pambıq ipinin nümunələri tapılmışdır.1829-cu ildə Şəki şəhərində ipək zavodu inşa edilmiş və 1830-cu ildən başlayaraq ipək parça istehsalı təşkil edilmişdir. Azərbaycanın başqa qəzalarında da barama istehsalı xeyli artmışdır. 1850-1861-ci illərdə yalnız Bakı quberniyasından Rusiyaya 106.946 pud xammal göndərilmişdi. 1871-ci ildə yalnız Nuxa və Şuşa qəzalarında 135.800 pud, 1873-cü ildə 158.310 pud, 1874-cü ildə isə 159.604 pud barama istehsal edilmişdir. Həmin illərdə Azərbaycanda Yaponya, Xorasan, Buxara, Fransa və İtalya barama qurdu toxumundan istifadəyə başlamışdır. Yaponya ipəkqurdu növü daha geniş yayılmışdır. Həmin ipəkqurdu yaşıl, sarı və ağ rəngdə olurdu. Ən yaxşı cins isə yaşıl rəngli növ sayılırdı.Azərbaycan ipəyi 1850-ci ildə Peterburqda və 1852-ci ildə Moskvada təşkil edilmiş Ümumrusiya sərgilərində nümayiş etdirilmiş və həmin sərgilərdə qızıl medallara layiq görülmüşdür. 1862-ci ildə Parisdə təşkil edilmiş ümumdünya sərgisinin eksponanti olmuşdur. 1887-ci ildən Tiflisdə “Qafqaz ipəkçilik stansiyası” açılmışdır. Iki ildən sonra bu stansiya Oğuzda (Nuxa qəzası), Lənbəranda (Şuşa qəzası) özünün şöbəsini açdı. 1898-ci ildə Göyçayda ipəkçilik sərgisi təşkil olunmuşdu. Sərgidə olan 82 eksponantdan 17-si mükafata layiq görülmüşdü. 1889-cu ildə Tiflisdə təşkil edilmiş birinci Qafqaz Kənd Təsərrüfatı sərgisində iştirak etmiş Azərbaycanın böyük maarifpərvər, təbiətşünas alimi Həsənbəy Zərdabi həyat yoldaşı Hənifə xanımla birlikdə yerli üsulla yetişdirdikləri barama növündən müxtəlif ipək parça və cecim nümayiş etdirmişlər və sərginin gümüş medalı ilə təltif olunmuşlar. Ötən əsrin 60-70-ci illərində Azərbaycanda ipəkçilik yenidən inkifaf etmiş, ildə 7800 ton yaş barama məhsulu hasil edilmişdir. 1970-1980-cı illərdə ölkəmizdə o cümlədən Şəkidə ipəkçiliyin inkişafı xüsusilə vüsat almışdır. Həmin illərdə respublikada ildə 5-6 min ton yaş barama və ondan 350-400 xam ipək istehsal olunur. On milyonlarla kvadrat metr müxtəlif çeşidli ipək parça toxunurdu. İpəkçilik təsərrüfatı elmi əsaslar üzrə inkişaf etdirmək məqsədi ilə 1925-ci ildən Gəncə şəhərindən elmi tədqiqat ipəkçilik stansiyası təşkil edildi. 1959-cu ildə həmin stansiya Elmi Tədqiqat İpəkçilik İnstitutuna çevrildi. İnstitutun əməkdaşları tərəfindən 50-dən çox yüksək ipəkliyə malik ağ baramalı tut ipəkqurdu və 30-dan çox tut sortları yaradılmışdır. Müxtəlif illərdə ipəkqurdu cinslərindən 16-sı və tut sortlarının 20 hibridi Azərbaycanda rayonlaşdırılmışdırki, buda ipəkçiliyin inkişafına mühüm əhəmiyyət malik olmuşdur.
Barama- ipək sap və ipək istehsalının xammalıdır. Barama “koko” fransız sözü olub, qabıq mənasın verir. Ipəkdən olan qabıq tırtılların xarici təsirlərdən özlərini qorumaq üçün ətraflarında ifrazatdan sardığı bir məhsuldur. Qurdun daxilində qıvrılmış boru şəkilində ipək çıxaran bir vəzi vardır. Vəzilər şəffaf və yapışqanlı maye ilə dolu olur. Həmin maye çölə çıxdıqda və ona hava toxunduqda ipək sapa çevrilir. Tırtıl dörd gün müddətində barama sarıyır. Tırtıl barama sarıyıb qutardıqdan sonra onun içərisində hərəkətsiz olaraq qalır və yuxuya gedir. Bu anlarda tırtılın daxili orqanlarında dəyişiklər gedir. Pup dövrünə keçir. Kəpənəyə çevrilərək baramanı deşib uçub gedir. Keyfiyyətli ipək sap əldə etməkdən ötrü barama əmələ gəldikdən sonra tırtılı onun içərisində zəhərləyib öldürürdülər. İpəkqurdu yumurtalarının sayını artırmaq üçün isə kəpənəyin çölə cıxmasına şərait yaradırdılar. 1 qr ipəkqurdu toxumu ( 1qr =1200-2000 yumurta) 22-25 gün ərzindəki ömründə 40 kq tut yarpağı yeyir. Baramalar müxtəlıf ölçülərdə olur: uzunluğu 25-40 mm, eni isə 12-24 mm, çəkisi 3 qr qədər olur. Tırtıllar ipək sapı sarıyaraq barama əmələ gətirdikdən sonra onları 80-90% tempraturda 60-90 dəqiqə saxlayırlarki, baramanın daxilindəki şəklin dəyişmiş tırtıl ölsün, sonra baramanı qurudub barama açan fabrikə göndərirlər. Baramanın rəngi tamamilə ağ, limon-sarı, tünd sarı, qırmızımtıla çalan və hətta yaşılvari olur- ipəkqurdunun cinsindən asılı olaraq. İpəkqurdu başlıca olaraq vəhşi və əhilləşdirilmiş qurdalardan ibarət iki ailəyə ayrılır. Vəhşi ipəkqurdundan ən çox yayılan palıd ipəkqurdudu. Təbii ipək tut ipək qurdu və palıq ipək qurdlarından alınır. Ipəkqurdu toxumu iki cür olur:
1) Sənaye əhəmiyyətli (qrena-toxum zavodunda əldə edilir)
2) Super elit və elit sortlar (ipəkçilik stasiyasında yetişdirilir)